Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusa yoluxanların sayı 180 min nəfəri keçib, 8584 ölüm var

İranda koronavirusa yoluxanların sayı 180 min nəfəri keçib, 8584 ölüm var

Tarix: 11 Iyun 2020 14:40

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 2 238 nəfərin koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 180 156 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, ötən 24 saat ərzində daha 78 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 8 584 nəfərə çatıb.

Nazirlik rəsmisi İranda indiyədək 142 663 nəfərin koronavirusdan sağaldığını deyib.

Lari bildirib ki, İranın Xuzistan, Kirmanşah, Kürdüstan, Kirman və Hörmüzqan vilayətlərində vəziyyət daha təhlükəlidir.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,17 milyondan çox test həyata keçirilib.


Etiketlər:  İranda koronavirusa yoluxanların sayı nəfəri keçib 8584 ölüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ