Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 18:02
Uçuşlarla bağlı qaydalara görə, Azərbaycan ərazisinə gələn bütün sərnişinlər 48 saat qüvvədə olan test nəticələri ilə daxil olmalıdır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları"Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.
Onun sözlərinə görə, bu bütün sərnişinlərdən tələb olunacaq: "Çarter uçuşlarına da bu qaydalar tətbiq oluna bilər. Əgər həmin arayış təqdim olunarsa, həmin şəxs karantinə götürülməyə bilər.".