Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 12:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında kəskin isti günlərin sayının artmasıdır.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, yaxın 2 gündə - iyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, Aran bölgəsində isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir, Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir:
"Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür. Məsələn, vacib olmadığı halda Günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmayın. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə, baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s".