Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftçala sakinlərinin həyatı TƏHLÜKƏDƏ: Xəzər dənizi Kürə axmaqda davam edir - VİDEO

Neftçala sakinlərinin həyatı TƏHLÜKƏDƏ: Xəzər dənizi Kürə axmaqda davam edir - VİDEO

Tarix: 12 Iyun 2020 16:10

Kür çayının səviyyəsinin aşağı enməsi Nefçalada içməli su problemi yaradıb. Belə ki, Xəzər dənizinin duzlu suyu külək vasitəsilə Kür çayına doğru axmağa başlayıb ki, bu da sakinləri çətin vəziyyətdə qoyub.

Sonxeber.net xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Ölkə Xəbər" xəbərlər proqramında məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Sakin: "Kür çayının vəziyyəti olduqca acınacaqlıdır. Demək olar ki, çayın suyu zəhərdir. Xəzərin duzlu suyu ilə qarışıb və istifadəsiz suya çevrilib".

Sakin: "Su duzlu olduğundan heç bir şey üçün istifadəyə yaramır. Nə içmək olmur, nə yuyunmaq, nə təsərrüfat, nə heyvanların içməsi üçün yaramır. Təhlükə ilə üz-üzəyik".

Artıq Kür çayının səviyyəsinin aşağı enməsi və yaranan vəziyyətlə bağlı operativ qərargah da yaradılıb. Sakinlərin içməli su probleminin həll edilməsi üçün rayondan 45 kilometr kənardan, Salyan şəhərindən çənlərlə su gətirilir. Neftçala rayon İcra Hakimiyyətindən isə bildirilib ki, vəziyyət düzələnə qədər sakinlərin içməli su problemi bu metodla tənzimlənəcək.

Daha ətraflı videoreportajı izləyə bilərsiniz:


Etiketlər:  Neftçala sakinlərinin həyatı TƏHLÜKƏDƏ Xəzər dənizi Kürə axmaqda davam edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ