Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 17:42
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda binaların qaşşısında zibil atmaq üçün xüsui konteynerlər yerləşdiriləcək.
Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu konteynerlər məişət tullantıları üçün nəzərdə tutulub:
“Artıq bu konteynerlərin quraşdılırması prosesi başlayıb. Bu konteynerlər yalnız o binanın bloklarının qarşısında qoyulacaq ki, hansıların yaxınlıqda zibil qabları yoxdur. Bununla əlaqədar artıq 1000 konteyner ayılıb və bunlar yalnız iki gün üçü nəzərdə tutulub”.
E. Həbibullayev əlavə edib ki, bundan öncəki sərt karantin reimi dövründə insalar çörəyi aşırı dərəcə alıblar və sonrakı günlərdə onalrı zibil qabına atıblar: “Bu çörəkləri tapanda belə təəsürat yaranmışdı ki, insanlar çörəyi iki günlük deyil bir həftəlik alıblar”.