Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:14
COVİD-19-a yoluxaraq evdə özünü müalicə etdirən və bu xəstəliyini gizlədən kifayət qədər insan var.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, belə halları gizlətmək vəziyyətin daha da pisləşməsinə səbəb olur.
Əhaliyə xəstəliklə bağlı halları gizlətməməyi tövsiyə edən V.Əliyev əlavə edib ki, pandemiya dövründə ölkədə ikinci dəfə sərt karantin rejimi tətbiq olunacaq:
"Həftəiçi günlərdə də insanlar lazımi təlimatlara əməl etməlidirlər. Əsas məqsəd odur ki, həftə sonlarında iki günlük də olsa, insanların təmasları azalsın".