Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib (FOTO)

Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib (FOTO)

Tarix: 12 Iyun 2020 21:06

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

Trend-in məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsində baş verib. İkimərtəbəli taxtadan inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində olan mənzillərdən birində qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb qısaqapanma olub.

Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib (FOTO) - Gallery Image


Etiketlər:  Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ