Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naqif Həmzəyev: Heydər Əliyev dühası ölkəmizə əbədi müstəqillik bəxş etdi

Naqif Həmzəyev: Heydər Əliyev dühası ölkəmizə əbədi müstəqillik bəxş etdi

Tarix: 13 Iyun 2020 16:48

Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, Ümummilli lider kimi əbədilik qazanıb.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili tarixi varaqlayaraq, bir anlığa 1993-cü ilin həyəcanlı iyun hadisələrinini yada salaraq, qeyd edib ki, müstəqilliyimizin hələ kövrək olduğu dövrlərdə yenicə müstəqillik əldə etmiş Azərbaycanı coğrafi-siyasi mövqeyinə görə bir çox dövlətlər öz təsir dairəsinə salmaq istəyirdilər:

"Üstəlik, ölkə daxilində siyasi gərginlik səngimək bilmir, vəziyyət gündən - günə mürəkkəbləşirdi. Gəncəbasar əraziləri Surət Hüseynovun nəzarətində idi. Əlikram Hümbətov Füzuli bölgəsindəki hərbi hissəni geri çəkərək cənub bölgəsinə aparmışdı. Şimalda sadvalçılar fəallaşaraq, siyasi tələblər irəli sürürdülər. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq qalmışdı. Bütün bunlar, eyni zamanda, ölkəni bu hala salan AXC-Müsavat iqtidarının səriştəsizliyi az qala o illərdə müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqutuna gətirib çıxaracaqdı. Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı haqlı olaraq, nicatı yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakiya gəlişi insanların qəlbində böyük inam yaratdı, dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı. Azərbaycanı uçurumun astanasına gətirib çıxaran AXC-Müsavat nümayəndələri də kömək üçün Heydər Əliyevə müraciətlər edirdilər. Onlar da dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər!".

Millət vəkili vurğulayıb ki, hətta, həmin vaxtlar bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloqu ölkəmizdə baş verən hadisələri müşahidə edərək yazırdı: "Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək". Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər - Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi.

Dahi Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi, əldən getmək üzrə olan müstəqilliyini bərpa etdi, dövləti qurdu və inkişaf etdirdi. Ulu Öndər Azərbaycanı bütün dünyaya tanıtdı, ölkəmizə əbədi müstəqillik bəxş etdi, Vətənimizi təhlükələrdən xilas etdi. Ən əsası, Heydər Əliyev milli qürurumuzu özümüzə qaytararaq, Azərbaycanlıların birliyini, millət, torpaq, Vətən və bayraq sevgisini bərpa etdi.

"Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyə bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrətdi.

Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi.Bu günün müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində bu gün Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır - deyə Naqif Həmzəyev bildirib.


Etiketlər:  Naqif Həmzəyev Heydər Əliyev dühası ölkəmizə əbədi müstəqillik bəxş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ