Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş məşqçi qola sevinərkən zədələndi – Video

Baş məşqçi qola sevinərkən zədələndi – Video

Tarix: 14 Iyun 2020 12:34

“Borussiya”nın baş məşqçisi Lusyen Favr zədələnib.

Qol.az xəbər verir ki, hadisə Almaniya bundesiqasının 31-ci turunun dünən səfərdə “Fortuna”ya qarşı keçirilən oyununda baş verib. Dortmundluların 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə qolu 90+6-cı dəqiqədə Erlinq Holand vurub. Bu zaman isveçrəli mütəxəssis sevinərkən ayağından zədə alıb.

Qeyd edək ki, Favr ötən ilin noyabrında “Borussiya” (Münhenladbax) ilə matçda da qola sevinərkən zədələnmişdi. Hər iki halda problem onun sol ayağında yaşanıb.

Güman edilir ki, bu, 62 yaşlı mütəxəssisin futbolçu karyerası zamanı aldığı köhnə zədə ilə əlaqədardır.


 


Etiketlər:  Baş məşqçi qola sevinərkən zədələndi Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ