Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərədə futbolçular üçün təhlükə: koronavirusa yoluxan futbolçu yoxlama oyununa çıxıbmış

İngiltərədə futbolçular üçün təhlükə: koronavirusa yoluxan futbolçu yoxlama oyununa çıxıbmış

Tarix: 14 Iyun 2020 18:52

İngiltərə Premyer Liqasında son testlərdə koronavirusa yoluxduğu aşkarlanan iki şəxsdən birinin futbolçu olduğu müəyyənləşib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Norviç" klubu oyunçusunun testinin müsbət nəticə verdiyini açıqlayıb.

Adı hələ də gizli saxlanılan bu futbolçu bir müddət əvvəl yoxlama oyununda da iştirak edib.

Koronavirusa yoluxan oyunçu "Tottenhem"lə bu həftə baş tutmuş görüşdə meydana çıxıb. Həmin futbolçu birhəftəlik izolyasiya olunacaq. Yalnız yeddi gündən sonra təkrar test verərək məşqlərə qayıda biləcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.


Etiketlər:  İngiltərədə futbolçular üçün təhlükə koronavirusa yoluxan futbolçu yoxlama oyununa çıxıbmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ