Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 23:36
Yeni tip koronavirusla bağlı peyvəndlər payızda hazır ola bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri çinli epidemioloq Zonq Nanşan deyib.
O bildirib ki, pandemiyaya qarşı "sürü toxunulmazlığı" metodu ilə deyil, kütləvi peyvəndlə mübarizə aparmaq vacibdir:
"Çinli alimlər tərəfindən hazırlanan bəzi peyvəndlər payızda təcili istifadə üçün hazır olacaq".
Qeyd edək ki, Çin hazırda yeni tip koronavirusa qarşı 5 fərqli peyvəndi sınaqdan keçirir.