Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhram Bağırzadənin həyat yoldaşı: “Həkimlər hələlik heç nə demir, gözləməyimizi istəyirlər”

Bəhram Bağırzadənin həyat yoldaşı: “Həkimlər hələlik heç nə demir, gözləməyimizi istəyirlər”

Tarix: 15 Iyun 2020 16:04

"Hələlik heç bir xəbər yoxdur, Bəhram reanimasiyadadır. Vəziyyəti ağırdır, EKMO aparatına qoşulub".

Sonxeber.net bildirir ki, bu barədə Media.az-a Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə danışıb.

Onun sözlərinə görə, həkimlər hələlik heç nə demirlər, gözləməyi məsləhət görüblər:

"Biz hamımız bir qədər gözləməliyik", - deyə Ş.Bağırzadə çağırış edib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi müəyyənləşib. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Saturasiyanın gün ərzində 50 faizi həddində qalması ilə əlaqədar xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti ağır olaraq qalır.


Etiketlər:  Bəhram Bağırzadənin həyat yoldaşı Həkimlər hələlik heç demir gözləməyimizi istəyirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ