Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple şirkəti öz məhsullarının abunəlik sistemi üzrə satışını təqdim edə bilər

Apple şirkəti öz məhsullarının abunəlik sistemi üzrə satışını təqdim edə bilər

Tarix: 16 Iyun 2020 07:12

Apple şirkəti öz məhsullarına tələbatın artması üçün yeni üsul fikirləşib. Yeni məlumat sızıntılarına inansaq, bir neçə həftədən sonra Apple Card istifadəçiləri yeni Apple məhsullarının ödənişlərini 6 və ya 12 ay müddətinə hissə-hissə reallaşdıra biləcəklər. Bu barədə Bloomberg saytı xəbər verib. Keçən il Apple Card adlı debet kartının təqdim olunması ilə Apple şirkəti maliyyə xidmətlərini təqdim edən şirkətə çevrilmək üzrə ilk addımını atmışdı.

Bu kart heç bir gizli komissiyaya sahib deyil və üstəlik istifadəçilərə cashback imkanını da verir. Məlumata əsasən şirkət yaxın bir neçə həftə ərzində yeni xidməti istifadəyə verməyə hazırlaşır. Həmin xidmət sayəsində istifadəçilər Apple məhsullarının ödənişlərini hər ay müəyyən vəsait şəklində hissə-hissə reallaşdıra biləcəklər. iPad, iMac, Apple Pencil stilusları, Mac XDR Display ekranları və s. kimi məhsullar üçün 12 aylıq hissə-hissə ödəmə imkanı aktivləşdiriləcək.

iPod, Apple TV və HomePod kimi məhsullar üçün isə 6 aylıq hissə-hissə ödəmə imkanı aktivləşdiriləcək. Hər iki halda da komissiya tutulmayacaq. Başqa sözlə desək, bir dəfəlik AirPods Pro qulaqlığına 250$ ödəmək yerinə alıcı 6 ay müddətində hər ay 42$ ödəyə biləcək. Ödənişlər Wallet tətbiqindəki Apple Card bölməsi vasitəsilə ediləcək. Qeyd etmək lazımdır ki, buna bənzər proqramı şirkət keçən il iPhone-lar üçün də istifadəyə vermişdi.


Etiketlər:  Apple şirkəti məhsullarının abunəlik sistemi üzrə satışını təqdim edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ