Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sanatoriyada məcburi köçkünü cərəyan vurub öldürdü

Bakıda sanatoriyada məcburi köçkünü cərəyan vurub öldürdü

Tarix: 16 Iyun 2020 11:24

Bakı. Samir Əli - Trend:

Bakıda sanatoriyada ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki Qızıl Qum sanatoriyasında baş verib.

Həmin sanatoriyada məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Abbasov Surxay Bəhlul oğlu məskunlaşdığı evdə soyuducunu təmir edərkən elektrik cərəyanı vurub. S.Abbasov 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilərkən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda sanatoriyada məcburi köçkünü cərəyan vurub öldürdü


RƏYLƏR