Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BŞTİ-nin müdir müavini: 1-ci sinfə qəbulla bağlı iyuldan sonra boş yerlər qalarsa, valideynlər növbəyə yazıla bilərlər

BŞTİ-nin müdir müavini: 1-ci sinfə qəbulla bağlı iyuldan sonra boş yerlər qalarsa, valideynlər növbəyə yazıla bilərlər

Tarix: 16 Iyun 2020 19:36

Bakı. İlhamə İsabalayeva – Trend:

Ərazi prinsipinin tətbiq edildiyi məktəbləri seçən və həmin məktəbin aid olduğu ərazidə qeydiyyatda olmayan valideynlərin övladlarının birinci sinfə qəbulu ilə bağlı etdiyi müraciətlər zamanı məktəbə üstünlük hüququ olanlar qəbul edilirlər.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, əgər uşağın qardaş və ya bacısı həmin məktəbdə oxuyursa, yaxud valideyni həmin məktəbdə işləyirsə, ona üstünlük hüququ veriləcək:

“Uşaq bu üstünlük hüquqlarından birinə malikdirsə, o məktəbə yerləşdiriləcək. Malik olmadıqda isə yaxınlıqdakı başqa məktəbə yerləşdirmə təklif ediləcək. İyul ayından sonra üstünlük hüqunun nəzərə alındığı məktəblərdə boş yerlər qalarsa, valideyn növbəyə yazıla bilər. Sistem ona məlumat verəcək ki, bu məktəbdə boş yer qalıb. Bundan sonra valideyn həmin məktəb üçün elektron sorğu yerləşdirə bilər”.


Etiketlər:  BŞTİ müdir müavini sinfə qəbulla bağlı iyuldan sonra boş yerlər qalarsa valideynlər növbəyə yazıla bilərlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ