Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sorğu: Azərbaycanlıların 60%-dən çoxu Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür - FOTO

Sorğu: Azərbaycanlıların 60%-dən çoxu Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür - FOTO

Tarix: 17 Iyun 2020 11:45

Azərbaycan əhalisinin yarıdan çoxu Avropa İttifaqı(Aİ) ilə əlaqələrin yaxşı olduğunu düşünür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə 2020-cu il üzrə Aİ haqqında ictimai rəy sorğusunUN nəticələrində deyilir.

Qeyd olunur ki, Aİ tərəfindən maliyyələşdirilən "Aİ-nin Şərq Qonşuları" (EU NEIGHBOURS east) layihəsi tərəfindən altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsində 2020-ci il üzrə ictimai rəy sorğusu həyata keçirilib.

Sorğu 2020-ci ilin fevral və mart ayları arasında (COVID-19 böhranından əvvəl) keçirilib (yerli qaydada) və hər ölkədən 1000 nəfərdən ibarət seçilmiş respondentlərlə üz-üzə müsahibələrə əsaslanır. İllik sorğular ilk dəfə 2016-cı ildə olmaqla, artıq beş ildir keçirilir. Altı Şərqi tərəfdaşlıq ölkəsi üzrə nəticələr milli hesabatlarda və regional icmallarda öz əksini tapır.

Sorğunun nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının 44%-i Aİ haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı il ilə müqayisədə 17% artıb. Əhalinin cəmi 9%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.

Azərbaycanlıların 30%-i Aİ-nin ölkəsinə etdiyi maliyyə dəstəyindən xəbərdardır, onların 76%-i bu dəstəyin səmərəli olduğunu düşünür.

Aİ haqqında məlumatlı olan azərbaycanlıların 69%-i Aİ ilə əlaqələrin yaxşı olduğunu düşünür.

Aİ ən çox etibar edilən xarici qurumdur və respondentlər arasında ona etibar edənlər 41% təşkil edir (2018-ci illə müqayisədə 13% yüksəlib).

Milli.Az


Etiketlər:  Sorğu Azərbaycanlıların dən çoxu ilə əlaqələrin yaxşı olduğunu düşünür FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ