Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naqif Həmzəyev: Cəsarətli tibb işçilərimizin fədəkarlığı hər kəsə nümunədir

Naqif Həmzəyev: Cəsarətli tibb işçilərimizin fədəkarlığı hər kəsə nümunədir

Tarix: 17 Iyun 2020 13:42

"Ümumi evimiz olan yer kürəsi planetimiz artıq bir neçə aydan çoxdur ki, topsuz-tüfəngsiz atəş açan "gözəgörünməz düşmən"lə - koronavirus pandemiyası ilə vuruşmağa məhkumdur. Dünyamız bu çətin sınaqdan çıxmaq üçün var gücü ilə mübarizə aparır. Bu mübarizənin ən böyük yükü tibb işçilərinin üzərinə düşdü. Müqəddəs və şərəfli peşə sahibləri insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq üçün gecə-gündüz fədakarlıqla mübarizə aparırlar".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili insanların sağlamlığını qorumaq missiyasını yerinə yetirən tibb işçilərimizin pandemiya dövründə göstərdikləri fədakarlıqlara diqqət çəkərək qeyd edib: Könüllü gənclərimiz, hərbi qulluqçularımız, polis əməkdaşlarımızla yanaşı cəsarətli tibb işçilərimiz fədəkarlıqla vətəndaşların sağlamlığı keşiyində ayıq-sayıq dayandılar. Ağ xalatlı qəhrəmanlar təkcə öz həyatlarını deyil, doğmalarının da həyatlarını təhlükə qarşısında qoyaraq günlərlə, bəzən də aylarla işlərinin başında oldular.

İyunun 9-da paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında da ölkə Prezidenti İlham Əliyev həkimlərin fəaliyyətini, fədakarlığını bir daha yüksək qiymətləndirdi: "Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər".

Ölkə başçısı İlham Əliyevin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 18 mart 2020-ci il tarixli Sərəncamı da Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən daha bir qiymətdir.

"Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır" - deyə bildirən Prezident İlham Əliyevin pandemiya ilə mübarizə aparan həkimlərimizə, tibb işçilərinə verdiyi yüksək qiymət, böyük dəyər, xüsusilə də onların əməyini ayaq üstə alqışlaması bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunədir.

Dünyanı cənginə almış pandemiya dövründə, bu ağır, çətin günlərdə hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalan tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edirəm, hər birinə möhkəm iradə, səbr arzulayıram.


Etiketlər:  Naqif Həmzəyev Cəsarətli tibb işçilərimizin fədəkarlığı hər kəsə nümunədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ