Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Namiq Kamal: Bu qadağalar həyatınızı xilas edəcək (VİDEO)

İlham  Namiq Kamal: Bu qadağalar həyatınızı xilas edəcək (VİDEO)

Tarix: 17 Iyun 2020 15:20

Bakı. Trend:

Azərbaycanın xalq artisti, məşhur kino və teatr aktyoru İlham Namiq Kamal (İlham Əhmədov) Trend-ə ünvanladığı videomüraciətdə Azərbaycan vətəndaşlarını karantin rejimininin qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırıb.

Müraciətdə deyilir: “Əziz həmvətənlər, siz özünüz də bilirsiniz ki, pandemiya dövründə gündən-günə çətin vəziyyət yaranır, insanlar adi qaydalara və tələblərə əməl etmir. Müvafiq qayda və tələbləri qulaqardına vurmaqla insanlar ilk növbədə özlərinə zərər vurur.

Şəxsən mən bilirəm ki, mənim həmkarlarım, dostlarım, incəsənət xadimləri ölkədə qoyulan bütün qaydalara əməl edir. Hər şey çox sadədir, qoruyucu maska taxmaq, gigiyena qaydalarına əməl etmək və əlləri yumaq lazımdır. Bütün bunlar çətin deyil. Bu, sizin həyatınızı xilas edəcək sadə tövsiyələrdir. Bütün bu tədbirlər zəruridir.

Mən sizdən çox xahiş edirəm, qaydalara əməl edin, rejimi pozmayın, çünki özünü qorumaqla hər bir vətəndaş Azərbaycan xalqını da qoruyur. Gəlin, qaydalara əməl edək!”


Etiketlər:  İlham Namiq Kamal qadağalar həyatınızı xilas edəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ