Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çalışmanın yaş həddinə çatmış 1004 müəllim ilə əmək müqaviləsi bağlanılıb

Çalışmanın yaş həddinə çatmış 1004 müəllim ilə əmək müqaviləsi bağlanılıb

Tarix: 18 Iyun 2020 11:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfər ilə 2019-2020-ci dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

İdarədən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul olunub. Onların 414 nəfəri müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində, 319 nəfəri vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində, 260 nəfəri müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.


Etiketlər:  Çalışmanın yaş həddinə çatmış 1004 müəllim ilə əmək müqaviləsi bağlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ