Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tağıyevin ev-muzeyi bərpadan sonra açıldı - FOTO

Tağıyevin ev-muzeyi bərpadan sonra açıldı - FOTO

Tarix: 18 Iyun 2020 11:56

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində bu qurumun nəzdində fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Akademiyadan Milli.Az-a verilən məlumata görə, tanınmış sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə yaşadığı sarayda yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində xeyli işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.

Xatirə muzeyinin yeni ekspozisiyasında iriölçülü ekranda H.Z.Tağıyevin sahibkarlıq və ictimai fəaliyyəti, Azərbaycanda və onun hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, ailəsi haqqında Azərbaycan, ingilis və rus dillərində məlumatlar yerləşdirilib.

Bundan başqa, yeni ekspozisiyada muzeyin fondlarında qorunan rəsm əsərləri, sənədlər, fotoşəkillər, H.Z.Tağıyevin ordenləri, onun vəsaiti hesabına nəşr olunan kitablar da nümayiş etdirilir.

Milli.Az


Etiketlər:  Tağıyevin muzeyi bərpadan sonra açıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ