Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 18:58
"Narıncı zonadakı Abşeron, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı və Cəlilabad şəhərində iki həftəlik ciddi karantin rejimi tətbiq olunacaq".
Sonxeber.net bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, öncəki sərt karantin rejimindəki qadağalar yenidən qüvvəyə minəcək, sadəcə, Bakı Metropoliteni fəaliyyət göstərəcək, park və bulvarlara girişə icazə veriləcək.