Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Mahmudov: Xəstələrin 50 faizini itirmək təhlükəsi ilə üzləşə bilərik

Rəşad Mahmudov: Xəstələrin 50 faizini itirmək təhlükəsi ilə üzləşə bilərik

Tarix: 18 Iyun 2020 19:32

Azərbaycan əhalisinin bir hissəsinin koronavirusa inanmadığı halda biz daha ciddi problemlərlə üz-üzə qala bilərik.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları hamılıqla bunu dərk etməli və mübarizə aparmalıyıq:"Səhiyyə ləvazimatlarını nə qədər artırsaq da bu effektli deyil.

Sünü tənəffüz aparatlarının quraşdırılsa da, ECNO aparatına qoşsaq da hələ də 50 faiz xəstələri itirmək təhlükəsi ilə üzləşə bilərik. Bugünki dünya diqtə edir ki, bu qədər məlumat əlimizdə varkən bu məsələdə həssas olmalıyıq. Bu xəstəliklə birlikdə mübarizə aparmalıyıq. İnsanların reaksiyası uğurlarımıza səbəb ola bilər. 3 ay əvvəl vətəndaşlar qorxu içində idi. Sonradan insanların bəzilərinin buna inanmaması pis vəziyyətlə üz-üzə qalmışıq. Həkimlərimiz aylardır dayanmadan xəstələrlə mübarizə aparır. Bu reallığa görə biz özümüz-özümüzü qorumalıyıq. Xahiş edirəm, bu vəziyyət bir altından çıxa bilməyəcəyimiz təhlükə ilə üz üzə qoya bilər. Biz həssas olmalıyıq, birgə mübarizə aparmalıyıq".


Etiketlər:  Rəşad Mahmudov Xəstələrin faizini itirmək təhlükəsi ilə üzləşə bilərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ