Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin ilk milli elektrikli qatarından müjdəli xəbər

Türkiyənin ilk milli elektrikli qatarından müjdəli xəbər

Tarix: 18 Iyun 2020 21:52

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu milli elektrikli qatar haqqında vacib detalları ictimaiyyətlə paylaşıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, A.Karaismailoğlu qatarın avqustun 30-da ilk test səfərinə çıxacağını deyib.

Nazir qeyd edib ki, qatar il başa çatmadan istismara veriləcək.

Qeyd edək ki, TÜVASAŞ tərəfindan istehsal edilən qatarın maksimum sürəti saatda 160 kilometr olacaq. Eyni zamanda, saatda 225 kilometr sürətlə hərəkət edəcək başqa qatarın da istehsal prosesinin davam etdiyi bildirilir.

Alüminum gövdəyə malik qatar 324 sərnişin üçün nəzərdə tutulub. BU yerlərdən ikisi isə fiziki məhdudiyyətli şəxslərə ayrılıb.

Milli.Az


Etiketlər:  Türkiyənin ilk milli elektrikli qatarından müjdəli xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ