Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokuror paytaxtda tanışını güllələyən şəxsə 10 il cəza istədi

Prokuror paytaxtda tanışını güllələyən şəxsə 10 il cəza istədi

Tarix: 13 Iyun 2019 18:03

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə proses davam edib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş verib.

Rayonun Mərdanov qardaşları küçəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb. Ağır yaralanan N.Nəcəfov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

E.Əliyev cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşları onu saxlayıblar.

İttihama görə, E.Əliyev N.Nəcəfovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib. O Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə ittiham edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prokuror paytaxtda tanışını güllələyən şəxsə cəza istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ