Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 17:55
Xalq artisti, tarzən Möhlət Müslümovun oğlu musiqiçi Rüstəm Müslümov karantində saxlanılır.
Sonxeber.net xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında M.Müslümov özü bildirib:
"Mart ayında oğlum Rüstəm Amerikaya qastrol səfərinə getmişdi. Orada Azərbaycan musiqisini təbliğ və təmsil etmək üçün böyük bir festivala qatılacaqdı. Eyni zamanda müxtəlif konsert proqramları nəzərdə tutulmuşdu. Koronavirus pandemiyasına görə sərhədlər bağlandı və oğlum da daxil olmaqla musiqiçi heyəti Azərbaycana gələ bilmədilər. Ona görə çox narahat idik. İyunun 11-də onlar xüsusi ayrılmış çarter reysi ilə Azərbaycana gətirildi. Dərhal da qaydalara uyğun olaraq karantinə alındı. Testlərin cavabı neqativdir, şükür, heç bir problemi yoxdur. Sonuncu test olunandan sonra bu gün-sabah evə buraxılacaq. Üç aydan sonra oğlum ailəsinin yanında olacaq, buna görə çox sevincliyəm".