Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlar arasında koronavirusun yayıldığı təhlükəli yaş dövrü açıqlandı

Uşaqlar arasında koronavirusun yayıldığı təhlükəli yaş dövrü açıqlandı

Tarix: 19 Iyun 2020 19:54

Bəzi insanlar onlarda koronavirusun əlamətləri olmasa da, virus daşıyıcıları hesab olunurlar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, uşaqlar bu kateqoriyaya aid edilir.

Almaniyadakı İnfeksiyaları Araşdırma Mərkəzinin alimləri bu qənaətə gəliblər.

Tədqiqatın nəticələrinə görə, əsas daşıyıcılar altı yaşadək olan uşaqlardır. Koronavirusa yoluxmuş bütün nəsillərdən olan insanlarda bioloji mayelərdə, demək olar ki, eyni miqdarda patogen hissəciyin olduğu qeyd edilir. Gənc yaşda daşıyıcıların üçdə biri xəstəliyi başqalarına ötürməyə qadirdir. Böyüklərin isə, demək olar ki, yarısı buna "qadirdir".

Ancaq təcrübədən göründüyü kimi, məktəbəqədər yaşlı uşaqlar nizam-intizamlı şəkildə maskalar taxmağa, üzlərinə toxunmamağa və əllərini müntəzəm olaraq yumağa meyilli deyillər. Həm də uşaqlar tez-tez döşəmə üstündə oynamağı və müxtəlif maraqlı əşyaları ağızlarına vurmağı sevirlər.

Tədqiqatçılar qeyd edirlər ki, bu vəziyyətin çətin tərəfi çox vaxt körpələrin əsasən xəstəliyin əlamətləri görünmədən xəstələnmələridir.

Bütün bu amillər alimləri uşaqları COVID-19-u yayanların ən təhlükəli kateqoriyasına aid etməyə əsas verir.


Etiketlər:  Uşaqlar arasında koronavirusun yayıldığı təhlükəli yaş dövrü açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ