Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 00:20
Koronavirus səbəbindən təxirə salınan Rusiya Premyer Liqası 23-cü turla bərpa olunub.
Qol.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Krılya Sovetov" "Axmat"ı qəbul edib və 2:4 hesabı ilə uduzub.
Günün digər oyununda "Rostov" "Soçi"nin qonağı olub. Matç meydan sahiblərinin 10:1 hesablı qələbəsi ilə başa çatıb.
19 iyun
"Krılya Sovetov" - "Axmat" - 2:4
Qollar: Burlak, 6 (1:0), İljin, 54 (1:1), Qluşakov, 59 (1:2), İljin, 66 (1:3), Berişa, 69 (1:4), Qluşenkov, 88 (2:4)
"Şoçi" - "Rostov" - 10:1
Qollar:Romanov, 1 (0:1), Mostovoy, 6 (1:1), Kokorin, 15 (2:1), 44 (3:1), Zabolotnıy,45 (4:1), 47 (5:1), Kokorin, 51 (6:1), Novoseltsev, 53 (7:1), Poloz, 74 (8:1), 86 (9:1), Koldunov, 87 (10:1)
Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 50 xalla "Zenit" başçılıq edir. "Lokomotiv" 41 xalla 2-ci, "Krasnofar" eyni xalla 3-cüdür. "Rostov" 38 xalla 4-cü, "Soçi" 27 xalla 9-cu, "Axmat" 23 xalla 13-cü, "Krılya Sovetov" 22 xalla sonuncudur.