Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 09:33
"Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanı çox pis duruma saldı".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, bu videokonfransda Paşinyan çox cılız vəziyyətə düşdü:
"Birincisi, Paşinyan özünü ingilis dilində ifadə edə bilmədi. İkincisi, adam insan haqlarından danışanda cənab Prezident İlham Əliyev onu konkret susdurdu və təklif etdi ki, ən yaxşısı o sussun. Azərbaycan Prezidenti çıxışında bütövlükdə Ermənistan hakimiyyətini ifşa etməsi Paşinyana sərt sillə oldu. Ümumiyyətlə, istər Valday Klubunda, istər Aşqabadda MDB dövlət başçılarının sammitində, istərsə də Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev Paşinyanı çıxılmaz vəziyyətə salıb və ifşa edib. Bu, göz qabağındadır. Ermənistan Baş nazirinin bu davranışları, özünü guya demokrat və millətçi kimi göstərməsi həm də bu ölkənin daxili vəziyyəti ilə bağlıdır. Paşinyan elan elədi ki, Ermənistanın əsas müxalifət partiyasının rəhbəri olan Tsarukyanın toxunulmazlığını aradan qaldırdı. İndi onun tərəfdarları deputatlar da daxil olmaqla Ermənistan baş prokurorluğunun qarşısında və digər yerlərdə mitinqlər keçirir və artıq Tsarukyanın tərəfdarları həbs olunub. Bu o deməkdir ki, Paşinyan özünü diktator kimi aparır, öz sözünü yeridə bilmir".
T.Kərimli bildirib ki, videokonfransdan bir daha məlum oldu ki, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfləri münasibətləri yüksək səviyyədədir: "Bu konfransda məsələ açıq-aydın bəlli oldu. Avropa ittifaqı istisna olmaqla, Avropa Şurası, ATƏT və digər təşkilatlar Ermənistandakı vəziyyəti görməzliyə vururlar. Paşinyan isə özünü demokrat adlandırmağa çalışsa da, xarici siyasətdə həmişə uduzub, özünü gülünc vəziyyətə salıb. Bu şəxs dəfələrlə Azərbaycan Prezidentinin qarşısında aciz və mat qalıb. Bir daha demək istəyirəm ki, Paşinyanın çətin vəziyyətə düşməsi Ermənistanın daxili siyasətinin nəticəsidir. Çünki bir ölkənin xarici siyasəti onun daxili siyasətinin davamıdır".