Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirusun mutasiyası baş verir'' - TƏBİB-in şöbə müdiri

''Koronavirusun mutasiyası baş verir'' - TƏBİB-in şöbə müdiri

Tarix: 20 Iyun 2020 11:30

"Bugünkü gündə bizim gördüyümüz COVİD pozitiv xəstələrimiz mart-aprel aylarında gördüyümüz xəstələrdən çox-çox fərqlənir. Virusun mutasiyasından biz çox danışmışıq. Virusun mutasiyası baş verir və baş verməkdə davam edir". 

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu gecədən (21 iyun saat 00:00-dan) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı KİV nümayəndələri üçün brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdiri koronavirusun mutasiya edərək daha da ağırlaşdığını qeyd edib:

"Bugünkü gündə gördüyümüz xəstəlik daha ağırdır. Demək olar ki, asimptomatik dediyimiz xəstələri çox az görürük. Yenə də qeyd edirəm, bu, artıq yaşdan asılı deyil. Çox orta yaşlı, hətta cavan yaşlı xəstələrimizdə çox ciddi fəsadlarla keçən resperatur xəstəlik görürük, iki tərəfli pnevmaniyalar görürük". 

Təhməz Təkin


Etiketlər:  Koronavirusun mutasiyası baş verir TƏBİB şöbə müdiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ