Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 14:00
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində daha 115 nəfərin koronavirusdan (COVID19) ölməsi ilə ümumilikdə bu virusdan ölənlərin sayı 9 507 nəfərə yüksəlib.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda ötən 24 saat ərzində daha 2 322 nəfər koronavirusa yoluxub. Beləliklə, bu virusa yoluxanların sayı 202 584 nəfərə çatıb. Virus daşıyıcılarından 2 842 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, İndiyədək İranda 161 384 nəfər koronavirusdan sağalıb.
Lari bildirib ki, İranın Xuzistan, Rəzəvi Xorasanı, Kirmanşah, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Gülüstan və Kürdüstan vilayətlərində vəziyyət daha təhlükəlidir.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,39 milyondan çox test həyata keçirilib.