Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

53 nəfər Azərbaycandan Qazaxıstana yola salındı

53 nəfər Azərbaycandan Qazaxıstana yola salındı

Tarix: 20 Iyun 2020 14:00

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 12 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 40 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Azerbaijan Caspian Shipping Company / Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi -nin "Merkuri 1 " və Professor Gül" bərə gəmiləri ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 90 Qazaxıstan vətəndaşı və 65 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınmışdır.


Etiketlər:  nəfər Azərbaycandan Qazaxıstana yola salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ