Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO)

Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO)

Tarix: 20 Iyun 2020 16:48

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu
əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu Baş Göynük kənd sakini Nazim Abdullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman
aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, yaş halda ümumi çəkisi 25
kiloqram olan 301 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də 23 ədəd sellofan
torbada satış məqsədilə saxladığı 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar
edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini, xüsusi qulluq göstərdiyini və qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.

Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq
aparılır.

Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO) - Gallery Image Şəkidə narkobaron saxlanıldı (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Şəkidə narkobaron saxlanıldı FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ