Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 18:14
Türkiyənin "Akhisarspor" klubunun 67 yaşlı baş məşqçisi Yılmaz Vural koronavirusa yoluxub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vuralla yanaşı, komandanın daha 10 üzvünün koronavirus testi pozitiv çıxıb. Onlardan 3-ü futbolçudur. "Akhisarspor"un digər oyunçuları da koronavirus testi üçün müraciət edib.
Nəticə pozitiv olarsa, sabah Bornova stadionunda keçirilməsi planlaşdırılan matç təxirə salınacaq. Bütün komanda isə ev şəraitində 14 günlük karantinə alınacaq.