Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yol polisi avtomobil sahiblərinə və sürücülərinə müraciət etdi

Yol polisi avtomobil sahiblərinə və sürücülərinə müraciət etdi

Tarix: 21 Iyun 2020 08:14

Yol polisi avtomobil sahiblərinə və sürücülərinə müraciət edib.

Sonxeber.net xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri karantin rejiminin tələblərini düzgün yerinə yetirsinlər, özlərini qorusunlar, başqalarının təhlükəsizliyinin təmin edilməsi üçün məsuliyyətlərini dərk etsinlər: "Bir daha karantin rejimi tələblərinin yerinə yetirilməsinin vacib olmasını xatırladaraq sürücülərə və avtomobil sahiblərinə məlum sərt karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün tövsiyyə edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları düzgün yerinə yetirilsin. Polis əməkdaşları tərəfindən isə təhlükəsizlik təmin edilir.Yoluxma hallarının qarşının alınması üçün sürücülər və sərnişinlər qoruyucu vasitələrdən istifadə etsinlər.

Hər bir sürücü məsuliyyətli olmalı, qaydalara uyğun hərəkət etməli, avtomobildə aparılan sərnişinlərin isə sənədləri düzgün olmalıdır".

"Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunur. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasın.

Sürücülərdən bir daha xahiş edirik ki, tələblərə uyğun hərəkət etsinlər", - deyə V.Əsədov qeyd edib.


Etiketlər:  polisi avtomobil sahiblərinə sürücülərinə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ