Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 10:32
Bakı. Samir Əli - Trend:
Bakıda külli miqdarda nartotika daşıyan şəxs yaxalanıb.
Trend-in xəbərinə görə, daxil olan məlumat əsasında rayon polis idarəsinin əməkdaşları Xətair rayonu, Şirvani küçəsi, 1 b saylı binanın qarşısında əməliyyat keçirib.
Keçirilən əməliyyat zamanı 1994-cü il təvəllüdlü Cabbarzadə Famil Habil oğlu saxlanılıb. Onun üzərindən 5,01 qram narkotik maddə olan tiryək, 6,528 qram isə heroin aşkar edilib.
Əməliyyat zamanı saxlanılan şəxsin idarə etdiyi 99 FD 150 dövlət nişanlı "Ford Transit" markalı avtomobilə baxış keçirilərkən isə 8 kiloqram 500 qram marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin