Tarix: 14 Iyun 2019 11:24
"Sabah" daha bir futbolçu ilə yollarını ayırıb.Komandanın baş məşqçisi Elşad Əhmədovun Qol.az-a verdiyi məlumata görə, Erik Ramos yeni mövsümdən paytaxt təmsilçisində çıxış etməyəcək. Paraqvaylı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Mövsümlərarası fasilədə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovu heyətinə qatan "Sabah" legioner axtarışlarını davam etdirir. E. Əhmədov qarşıdakı günlərdə daha 2 və ya 3 əcnəbi futbolçu alınacağını bildirib: "Axtarışlarımız davam edir. Danışıq apardığımız legionerlər var. Daha 2-3 əcnəbi futbolçu götürmək istəyirik. Onların arasında afrikalı, braziliyalı futbolçular da var".
Qeyd edək ki, "Sabah" mövsüm başa çatdıqdan sonra Tərlan Əhmədli, Vanderson Silva, Bəxtiyar Soltanov, Novruz Məmmədov və Tərzin Cahangirovla yollarını ayırıb.