Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serxio Ramos La Liqanın tarixinə keçdi

Serxio Ramos La Liqanın tarixinə keçdi

Tarix: 22 Iyun 2020 20:40

Real Madrid-in kapitanı Serxio Ramos İspaniya çempionatı tarixinin ən çox qol vuran müdafiəçisi olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, son olaraq La Liqanın 29-cu turunda Real Sociedad-la matçda (2:1)penaltidən fərqlənərək ölkə çempionatında indiyə kimi vurduğu qolların sayını 68-ə yüksəldib. Bununla da, 34 yaşlı müdafiəçi Barcelona-nın sabiq futbolçusu Ronald Kumanı (67 qol) geridə qoyaraq İspaniya çempionatı tarixinin ən çox qol vuran müdafiəçisi olub.

İspaniyanın çempionatının ən yaxşı bombardir-müdafiəçiləri:

1. Serxio Ramos (Real Madrid) - 68 qol (12 - penalti ilə)

2. Ronald Kuman (Barcelona) - 67 (46)

3. Fernando Yerro (Real Madrid) - 51 (19)

4. Roberto Karlos (Real Madrid) - 46 (2)

5. Pirri (Real Madrid) - 45 (16)

Milli.Az


Etiketlər:  Serxio Ramos La Liqanın tarixinə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ