Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trabzonspor'' xal itirdi, ''Başakşəhər'' vahid lider oldu

''Trabzonspor'' xal itirdi, ''Başakşəhər'' vahid lider oldu

Tarix: 23 Iyun 2020 00:58

Türkiyə Superliqasında 28-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Çempionluğa əsas namizədlərdən sayılan "Trabzonspor" səfərdə "Alanyaspor"la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

"Antalyaspor" isə öz meydanında "Rizəspor"u udub - 3:1.

22 iyun

"Alanyaspor" – "Trabzonspor" - 2:2
Qollar:
Sisse, 45+1. Bakasetas, 90+5 – A.Ömür, 7. Novak, 52.

"Antalyaspor" – "Rizəspor" - 3:1
Qollar:
S.Gümüş, 3. Yahoviç, 73. E.Gülüm, 76. - Şkoda, 90+9-pen.

Bu xal itkisindən sonra "Trabzonspor" liderliyə yüksələ bilməyib. Qaradənizlilərin 57 xalla 2-cidir. Lider "Başakşəhər"in isə 59 xalı var. "Sivasspor" 53 xalla 3-cü, "Qalatasaray" 51 xalla 4-cüdür.

 


Etiketlər:  Trabzonspor itirdi Başakşəhər vahid lider oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ