Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 14:14
Ölkə üzrə koronavirusa yoluxma faktının ən çox olduğu rayonlar məlum olub.
Sonxeber.net xəbər verir ki, statistik göstəricilər koronavirusinfo.az saytında yerləşdirilib.
Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir.
Koronavirus testi müsbət olan şəxslərin 52 faizi paytaxtda yaşayır.
Yoluxanların Abşeron rayonunun payına düşən hissəsi 15,3 faiz təşkil edir.
Eyni zamanda, koronavirusa yoluxanların 10,3 faizi Gəncə-Qazax bölgəsində, 8,1 faizi Aran zonasında, 6,4 faizi Lənkəran rayonunda, 1,7 faizi Quba-Xaçmaz zonasında, 1,5 faizi Şəki-Zaqatala, 1,2 Yuxarı Qarabağ bölgəsi, 1,5 faizi Dağlı Şirvan zonası və 0,03 faizi Naxçıvanda yaşayanlardır.
Qeyd edək ki, koronavirusa yoluxanların 1,9 faizini ölkə xaricindən gələnlər təşkil edir.
İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfəri müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 345, ötən müddət ərzində isə ümumilikdə 426 394 test aparılıb.