Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 18:48
Bakı. Trend:
İlk xəbər 17:39-da verilib
Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, R.Baxşıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
XXX
1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlu Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.