Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2019 13:32
Massaçusets Texnologiya İnstitutunun (MTİ) mühəndisləri tərəfindən işlənib hazırlanmış alqoritm robotlara insanın hərəkət istiqamətini öncədən bilməyə imkan verəcək. Bu xüsusiyyət gələcəkdə robot və insanların birgə işini asanlaşdıracaq.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, MTİ-nin alimləri tərəfindən hazırlanmış alqoritm hərəkətin trayektoriyasını müəyyənləşdirən adi sistemlər kimi insan bədənindəki nöqtələrin məsafəsinə əsaslanmır, o, insan tərəfindən qət edilmiş yolun seqmentlərini etalon hərəkət dəsti ilə müqayisə edir. Söhbət düz, bu və ya digər tərəfə dönmək və ya dayanmaq niyyətini göstərən əl və ayaq hərəkətlərindən gedir.
Mühəndislər alqoritmin sınaqdan keçirilməsi zamanı aydınlaşdırıblar ki, yeni sistemdən istifadə edən robotlar yaxınlıqdan insan keçdikdə iş yerinə daha tez qayıdırlar.
Emil Hüseynov