Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 22:48
Fransanın Orgeval əyalətində ənənəvi qiyməti 300 avro olan PlayStation 4 alətinin 95 avroya satılması mağaza önündə izdihama səbəb olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, hadisə polis müdaxiləsi ilə nəticələnib. Əsas səbəb isə satıcının oyun cihazının az sayda olduğunu elan etməsi olub. Sonda satıcı satışı ləğv etmək məcburiyyətində qalıb.
Satışın ləğv edilməsinə baxmayaraq, izdihamın azalmadığını görən polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Bu əməliyyata isə vətəndaşların tibbi maskadan istifadə etməmələri və sosial məsafəni qorumamaları ilə haqq qazandırılıb.
Satıcı inzibati məsuliyyətə cəlb edilib.