Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2020 09:42
Bakı. Trend:
Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsar oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, O.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.