Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qvardiola poker oynamalıdır" - Klopp

Tarix: 25 Iyun 2020 11:50

"Liverpul"un baş məşqçissi Yurgen Klopp "Mançester Siti"nin çalışdırıcı Pep Qvardiolanın açıqlamasını şərh edib.

Qol.az xəbər verir ki, "Mançester Siti" bu gün səfərdə "Çelsi" ilə qarşılaşacaq. Mançester təmsilçisi heç-heçə edəcəyi və ya uduzacağı təqdirdə, "Liverpul" çempionluğu rəsmiləşdirəcək. Qvardiola görüş öncəsi açıqlamasında İngiltərə kubokuna yaxşı hazırlaşmaq üçün komandanın bəzi liderlərini "Çelsi"yə qarşı oynatmağı düşünmədiyini deyib.

Y.Klopp həmkarının bu sözləri ilə bağlı deyib: "Nə? Doğrudan bunu söylədi? O, ehtimal ki, poker oynamalıdır.

"Mançester Siti"nin futbolu çox xoşuma gəlir. Biz onlardan fərqlənirik və belə də olmalıdır. Biz "Mançester Siti" kimi ola bilmərik".

 


Etiketlər:  Qvardiola poker oynamalıdır Klopp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ