Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokuror Bakıda ''avtoş''u güllələyib öldürən şəxsə 18 il cəza istədi

Prokuror Bakıda ''avtoş''u güllələyib öldürən şəxsə 18 il cəza istədi

Tarix: 14 Iyun 2019 17:39

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ehtiram Şərifovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevə xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.

E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.

Xatırladaq ki, C.Babayev “Cabir-012” adı ilə tanınmış "avtoş" olub. Onun sosial şəbəkələrdə “avtoş”luq etməsi ilə bağlı video çarxları olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prokuror Bakıda avtoşu güllələyib öldürən şəxsə cəza istədi


RƏYLƏR