Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 17:30
Bakı. İlhamə İsabalayeva – Trend:
Son 14 gündə Azərbaycanda COVİD-19-a yoluxma sayında 50 faiz artım olub.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, hazırda ən vacib tədbir fiziki məsafənin qorunmasıdır: “Mən COVİD-19-u təhlükəsini dərk edən insanlara müraciət edərək demək istəyirəm ki, bilgilərinizi yalnız özünüz üçün saxlamayın. Bu barədə digər insanlara da məlumat verin”.