Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 15:52
Sona 7 tur qalmış çempionluğunu rəsmiləşdirən "Liverpul"un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın tarixinə düşüb.
Qol.az xəbər verir ki, 53 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasında çempion olan ilk alman baş məşqçidir.
Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır. Komanda 30 ildir çempion ola bilmirdi.