Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 19:08
"Çelsi" və Rumıniya millisinin sabiq üzvü Adrian Mutu ilə bağlı şok iddia yayılıb.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, veteran futbolçunun keçmiş sevgililərindən birinin qanını içdiyi iddia olunub. Həmin xanımın adı açıqlanmasa da, 18+ film ulduzu olduğu deyilir.
Qeyd edək ki, rumın futbolçu zaman-zaman şəxsi həyatı ilə gündəmə gəlib. Xəbər aparıcısı olan keçmiş həyat yoldaşı Aleksandranı döydüyü deyilən Mutunun adı bir çox "Hollywood" ulduzu ilə yanaşı çəkilib.
Rusiyalı iş adamı Roman Abramoviçin "Çelsi"ni satın almasından sonra - 2003-cü ildə 15 milyon funt-sterlinqə komandaya transfer olnan futbolçu ümidləri doğrultmamışdı. Şəxsi həyatı ilə hər zaman gündəmdə olan rumıniyalı narkotik istifadə etdiyi üçün 6 ay futboldan kənarlaşdırılmışdı. Bundan başqa dopinqdən istifadə etdiyi müəyyənləşdikdən sonra 9 ay cəza almışdı. Mutu dopinqi cinsi gücünün artması üçün istifadə etdiyini desə də, cəzadan xilas ola bilməmişdi.