Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 19:54
Bakı. Trend:
Kür çayının Sabirabad rayonu, Ulacalı kəndi ərazisindən keçən hissəsində 1957-ci il təvəllüdlü Soltanov Teymur Əhmədrza oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, T.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.