Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2020 21:45
Bakı. Trend:
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bu il magistraturaya müsabiqə şərtlərini ödəyən proqram və ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 (Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub.
Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul planı 88.38 % dolub. 1094 plan yeri (11.62 %) boş qalmışdır. Magistraturaya qəbul 75 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, hidrometerologiya, memarlıq, geodeziya və xəritəçilik mühəndisliyi, turizm, fövqəladə hallar, mexanika, balıqçılıq, əczaçılıq, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlüksizliyi mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi və xüsusi təyinatlı ixtisaslara aid 12, 15, 17, 22, 24, 29, 30, 52, 55, 60, 61, 64, 71, 73 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların əksəriyyəti üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı xarici dil müəllimliyi və filologiya, tərcümə, jurnalistika, kitabxanaçılıq, dinşünaslıq sahələrinə aid 39, 43, 44, 45, 51 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.
Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Bakı Qızlar Universitetində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universitetində plan yerləri 95% və daha çox, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Musiqi Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu, Sumqayıt Dövlət Universitetində plan yerləri 90 faiz və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Xoreoqrafiya Akademiyasına (23.33%) aiddir.
Aşağıdakı cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul edilənlərin sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.
Proqram | Qəbul planı |
Qəbul edilibdir (o cümlədən, d.s. əsasında) |
Qəbulolma faizi | Vakant yerlərin sayı (faizi) |
|||
Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi | |||||
Proqram 1 | 114 | 98 (39) | 11 (3) | 109 (42) | 95.61 | 5 (4.39) | |
Proqram 2 | 187 | 156 (71) | 20 (7) | 176 (78) | 94.12 | 11 (5.88) | |
Proqram 3 | 160 | 136 (63) | 20 (4) | 156 (67) | 97.50 | 4 (2.50) | |
Proqram 4 | 47 | 26 (22) | 0 (0) | 26 (22) | 55.32 | 21 (44.68) | |
Proqram 5 | 126 | 62 (42) | 8 (7) | 70 (49) | 55.56 | 56 (44.44) | |
Proqram 6 | 164 | 128 (61) | 10 (6) | 138 (67) | 84.15 | 26 (15.85) | |
Proqram 7 | 20 | 14 (14) | 1 (1) | 15 (15) | 75.00 | 5 (25.00) | |
Proqram 8 | 14 | 9 (8) | 0 (0) | 9 (8) | 64.29 | 5 (35.71) | |
Proqram 9 | 66 | 41 (17) | 0 (0) | 41 (17) | 62.12 | 25 (37.88) | |
Proqram 10 | 39 | 22 (14) | 3 (0) | 25 (14) | 64.10 | 14 (35.90) | |
Proqram 11 | 181 | 146 (90) | 14 (7) | 160 (97) | 88.40 | 21 (11.60) | |
Proqram 12 | 7 | 7 (7) | 0 (0) | 7 (7) | 100.00 | 0 (0.00) | |
Proqram 13 | 135 | 73 (57) | 1 (1) | 74 (58) | 54.81 | 61 (45.19) | |
Proqram 14 | 637 | 561 (264) | 75 (26) | 636 (290) | 99.84 | 1 (0.16) | |
Proqram 15 | 35 | 29 (16) | 6 (4) | 35 (20) | 100.00 | 0 (0.00) | |
Proqram 16 | 158 | 138 (77) | 6 (3) | 144 (80) | 91.14 | 14 (8.86) | |
Proqram 17 | 41 | 41 (38) | 0 (0) | 41 (38) | 100.00 | 0 (0.00) | |
Proqram 18 | 130 | 108 (46) | 18 (3) | 126 (49) | 96.92 | 4 (3.08) | |
Proqram 19 | 227 | 192 (96) | 15 (10) | 207 (106) | 91.19 | 20 (8.81) | |
Proqram 20 | 47 | 33 (30) | 3 (3) | 36 (33) | 76.60 | 11 (23.40) | |
Proqram 21 | 56 | 39 (27) | 3 (3) | 42 (30) | 75.00 | 14 (25.00) | |
Proqram 22 | 126 | 116 (83) | 10 (2) | 126 (85) | 100.00 | 0 (0.00) | |
Proqram 23 | 63 | 53 (27) | 4 (3) | 57 (30) | 90.48 | 6 (9.52) | |
Proqram 24 | 34 | 34 (17) | 0 (0) | 34 (17) | 100.00 | 0 (0.00) | |
Proqram 25 | 5 | 4 (3) | 0 (0) | 4 (3) | 80.00 | 1 (20.00) | |
Proqram 26 | 1447 | 1242 (382) | 113 (37) | 1355 (419) | 93.64 | 92 (6.36) | |
Proqram 27 | 407 | 369 (109) | 12 (5) | 381 (114) | 93.61 | 26 (6.39) | |
Proqram 28 | 181 | 171 (100) | 5 (2) | 176 (102) | 97.24 | 5 (2.76) | |
Proqram 29 | 15 | 15 (7) | 0 (0) | 15 (7) | 100.00 | 0 (0.00) | |
Proqram 30 | 6 | 4 (4) | 2 (2) | 6 (6) | 100.00 | 0 (0.00) | |
Proqram 31 | 119 | 105 (74) | 5 (0) | 110 (74) | 92.44 | 9 (7.56) | |
Proqram 32 | 133 | 103 (70) | 7 (4) | 110 (74) | 82.71 | 23 (17.29) | |
Proqram 33 | 152 | 135 (83) | 7 (6) | 142 (89) | 93.42 | 10 (6.58) | |
Proqram 34 | 104 | 90 (42) | 3 (2) | 93 (44) | 89.42 | 11 (10.58) | |
Proqram 35 | 86 | 81 (54) | 3 (2) | 84 (56) | 97.67 | 2 (2.33) | |
Proqram 36 | 40 | 35 (24) | 1 (1) | 36 (25) | 90.00 | 4 (10.00) | |
Proqram 37 | 47 | 39 (20) | 0 (0) | 39 (20) | 82.98 | 8 (17.02) | |
Proqram 38 | 281 | 191 (49) | 0 (0) | 191 (49) | 67.97 | 90 (32.03) | |
Proqram 39 | 23 | 0 (0) | 9 (0) | 9 (0) | 39.13 | 14 (60.87) | |
Proqram 40 | 321 | 236 (52) | 5 (3) | 241 (55) | 75.08 | 80 (24.92) | |
Proqram 41 | 72 | 34 (3) | 0 (0) | 34 (3) | 47.22 | 38 (52.78) | |
Proqram 42 | 127 | 108 (69) | 11 (4) | 119 (73) | 93.70 | 8 (6.30) | |
Proqram 43 | 67 | 19 (18) | 2 (2) | 21 (20) | 31.34 | 46 (68.66) | |
Proqram 44 | 34 | 6 (5) | 0 (0) | 6 (5) | 17.65 | 28 (82.35) | |
Proqram 45 | 17 | 6 (6) | 0 (0) | 6 (6) | 35.29 | 11 (64.71) | |
Proqram 46 | 135 | 127 (64) | 6 (1) | 133 (65) | 98.52 | 2 (1.48) | |
Proqram 47 | 206 | 147 (56) | 18 (5) | 165 (61) | 80.10 | 41 (19.90) | |
Proqram 48 | 89 | 67 (64) | 2 (1) | 69 (65) | 77.53 | 20 (22.47) | |
Proqram 49 | 147 | 122 (62) | 15 (8) | 137 (70) | 93.20 | 10 (6.80) | |
Proqram 50 | 52 | 46 (15) | 2 (1) | 48 (16) | 92.31 | 4 (7.69) | |
Proqram 51 | 12 | 4 (4) | 0 (0) | 4 (4) | 33.33 | 8 (66.67) | |
Proqram 52 | 12 | 12 (10) | 0 (0) | 12 (10) | 100.00 | 0 (0.00) | |
Proqram 53 | 80 | 69 (35) | 0 (0) | 69 (35) | 86.25 | 11 (13.75) | |
Proqram 54 | 61 | 56 (25) | 2 (0) | 58 (25) | 95.08 | 3 (4.92) | |
Proqram 55 | 19 | 17 (3) | 2 (0) | 19 (3) | 100.00 | 0 (0.00) | |
Proqram 56 | 1777 | 1481 (0) | 216 (0) | 1697 (0) | 95.50 | 80 (4.50) | |
Proqram 57 | 10 | 7 (4) | 0 (0) | 7 (4) | 70.00 | 3 (30.00) | |
Proqram 58 | 10 | 7 (7) | 2 (2) | 9 (9) | 90.00 | 1 (10.00) | |
Proqram 59 | 0 | 0 (0) | 0 (0) | 0 (0) | -- | -- | |
Proqram 60 | 3 | 3 (3) | 0 (0) | 3 (3) | 100.00 | 0 (0.00) | |
Proqram 61 | 6 | 6 (6) | 0 (0) | 6 (6) | 100.00 | 0 (0.00) | |
Proqram 62 | 6 | 4 (4) | 0 (0) | 4 (4) | 66.67 | 2 (33.33) | |
Proqram 63 | 6 | 4 (4) | 0 (0) | 4 (4) | 66.67 | 2 (33.33) | |
Proqram 64 | 6 | 6 (6) | 0 (0) | 6 (6) | 100.00 | 0 (0.00) | |
Proqram 65 | 6 | 4 (4) | 0 (0) | 4 (4) | 66.67 | 2 (33.33) | |
Proqram 66 | 10 | 5 (4) | 1 (1) | 6 (5) | 60.00 | 4 (40.00) | |
Proqram 67 | 10 | 5 (5) | 1 (1) | 6 (6) | 60.00 | 4 (40.00) | |
Proqram 68 | 106 | 83 (32) | 3 (3) | 86 (35) | 81.13 | 20 (18.87) | |
Proqram 69 | 38 | 19 (10) | 0 (0) | 19 (10) | 50.00 | 19 (50.00) | |
Proqram 70 | 80 | 52 (26) | 6 (6) | 58 (32) | 72.50 | 22 (27.50) | |
Proqram 71 | 5 | 5 (5) | 0 (0) | 5 (5) | 100.00 | 0 (0.00) | |
Proqram 72 | 15 | 11 (8) | 0 (0) | 11 (8) | 73.33 | 4 (26.67) | |
Proqram 73 | 5 | 5 (5) | 0 (0) | 5 (5) | 100.00 | 0 (0.00) | |
Proqram 74 | 2 | 1 (1) | 0 (0) | 1 (1) | 50.00 | 1 (50.00) | |
Proqram 75 | 6 | 5 (5) | 0 (0) | 5 (5) | 83.33 | 1 (16.67) | |
Qruplar üzrə cəmi | 9418 | 7635 (2877) | 689 (192) | 8324 (3069) | 88.38 | 1094 (11.62) |